Fransada Makronun nüfuzu aşağı düşüb

Fransada Makronun nüfuzu aşağı düşüb

27 Mart 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa prezidenti Emmanuel Makronun yeritdiyi qeyri-sağlam siyasət ölkədə onun nüfuzunun aşağı düşməsinə səbəb olub. Buna parlaq nümunə kimi Makronun qatı əleyhidarı olan Milli Ralli partiyasının Avropa Parlamentinə seçkilərdə uğur qazanmasını göstərmək olar.

Bu barədə məlumat verən "Politico" nəşrinin yazdığına görə, sağçıların qazandığı uğurlardan narahat olan Makron itmiş nüfuzunu bərpa etmək üçün Rusiya əleyhinə növbəti təbliğat kampaniyasına başlamaq niyyətindədir.

Makron bu müstəvidə də özünə daha çox yaxın hesab etdiyi dövlət rəsmilərini bir araya toplayaraq onları qarşıdan gələn seçki kampaniyasında fəal iştirak etməyə səsləyib.

Ekspertlərin isə fikrincə, ölkə daxilində nüfuzunu itirməkdə olan Makron çətin ki, bu seçkilərdə uğur qazana bilsin.

Oxuməni.az