Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

27 Mart 12:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya qarşı işğalçılıq siyasətini davam etdirən Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsi gündəmə gələ bilər.

Belə bir təkliflə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak çıxış edib. O, Kiyevdə Avropa Parlamentinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib ki, Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların tətbiq edilməsinə ehtiyac var. Bununla bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə tərəflər Avropa İttifaqı tərəfindən Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayıblar.

Eyni zamanda Yermaq qeyd edib ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün Ukraynanın hava hücumlarından müdafiə sistemlərinə ciddi ehtiyacı var.

Oxuməni.az