İrəvan və Moskva rus sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə etmir

İrəvan və Moskva rus sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə etmir

27 Mart 18:34
Bəyəndim (0) Bəyənmədim (0)

Rus sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılması məsələsi birdəfəlik həll olunub, İrəvan və Moskva artıq bunu müzakirə etmir.

Trend xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

Bu məsələnin Ermənistan üçün həll olunduğunu deyən Simonyan artıq bununla bağlı hər hansı müzakirənin aparılmadığını bildirib.

"Biz bildirdik ki, yardımınıza görə sizə minnətdarıq, lakin hazırda bu yardım bizə lazım deyil. Rus sərhədçiləri bu il avqustun 1-dək "Zvartnots" hava limanını tərk edəcəklər", - Simonyan deyib.

Oxuməni.az