Rusiya NATO-nun müharibəyə hazırlaşmasından narahatdır

Rusiya NATO-nun müharibəyə hazırlaşmasından narahatdır

28 Mart 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun Şərqi Avropada və Qara dəniz hövzəsində hərbi fəaliyyətini gücləndirməsi Rusiyada ciddi təşvişlə qarşılanıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin verdiyi son açıqlama da sübut etməkdədir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi RİA Novosti-yə verdiyi açıqlamasında bəyan edib ki, NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəallaşmasının arxasında uzaq gedən məqsədlər dayanır. Rusiya XİN belə hesab edir ki, bütün bunlar NATO-nun müharibə hazırlığından xəbər verir.

Qeyd edilir ki, Rumıniya, Polşa və Baltikyanı ölkələrdə blokun hərbi potensialı məqsədli şəkildə gündən-günə artırılır, Rusiya sərhədləri perimetri boyu təxribat xarakterli hərəkətlərə baş vurulur və bununla da ölkənin təhlükəsizliyi ciddi şəkildə təhdid edilir.

“Bütün bunlar blokun müttəfiqlərini ölkəmizlə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır”, - nazirlik vurğulayıb.

Oxuməni.az