Sosial şəbəkələr  qırğızları  terror aktlarına cəlb etmək istəyirlər

Sosial şəbəkələr qırğızları terror aktlarına cəlb etmək istəyirlər

28 Mart 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada baş verən son terror aktının sosial şəbəkələr vasitəsi Tacikistan vətəndaşlarının əli ilə həyata keçirilməsi Qırğızıstanda da həyacanla qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı məlum olub ki, xarici ölkələrdəki təxribatçı güclər sosial şəbəkələr vasitəsi ilə Rusiyada müvəqqəti yaşayan qırğızları müxtəlf terror hərəkətlərinə cəlb etmək istəyirlər.

Məsələ ilə əlaqədar Qırğızıstanın Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, Rusiyada yaşayan qırğızları, o cümlədən azyaşlı uşaqları müxtəlif yollarla terrora, təxribata cəlb etmə cəhdləri ara vermir.

Qırğızıstan Əmək Nazirliyi Rusiyada yaşayan ölkə vətəndaşlarını təxribatlara uymamağa, naməlum şəxslərin şirin vədlərinə inanmamağa çaırıb. Onlara bir daha xatırladılıb ki, terror və təxribatda iştirak edənlər Rusiya qanunlarına əsasən ömürlük həbs cəzasına məhkum ediləcəklər.

Oxuməni.az