İşçilər hər dəfə uşaq dünyaya gətirəndə 75 min alacaqlar

İşçilər hər dəfə uşaq dünyaya gətirəndə 75 min alacaqlar

28 Mart 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya şirkəti işçilərinə hər dəfə uşaq dünyaya gətirəndə, 75 min dollar verəcəyini açıqlayıb.

Şirkət ölkədə son dərəcə aşağı olan doğum səviyyəsini düzəltmək üçün milyonlarla dollar ödəməyə hazırdır.

Seulda yerləşən tikinti şirkəti "Booyoung Group", keçirdiyi mətbuat konfransında işçilərinə hər uşaq dünyaya gələndə 100 milyon Koreya vonu və ya 75 min dollar ödəməyi planlaşdırdıqlarını açıqlayıb.

Rəsmi məlumatlara görə, Cənubi Koreya hazırda dünyada ən aşağı doğum səviyyəsinə malik olan dövlətdir. Hesablamalara görə, bu tendensianın 2025-ci ilə qədər daha da azalacağı gözlənilir.

Oxuməni.az