Belarus xaricdə yaşayan vətəndaşlarına qarşı münasibəti sərtləşdirir

Belarus xaricdə yaşayan vətəndaşlarına qarşı münasibəti sərtləşdirir

28 Mart 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada baş verən son terror aktından sonra təşvişə düşən Belarus ölkənin təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Bu müstəvidə də xaricdə yaşayan belarusları hədəfə alan Lukaşenko rejimi Amerikadakı Belaruslar Assosiasiyasını( ABA Together ) ekstremist qrup hesab edərək onun ölkədəki fəaliyyətini qadağan edib.

Məsələ ilə bağlı açıqlama verən Belarus Daxili İşlər Nazirliyi bəyan edib ki, “ABA Together" faktiki olaraq pozucu fəaliyyətlə məşğuldur və qurumun üzvlərinin ölkəyə girişinə icazə verilməyəcək.

Eyni zamanda müvafiq qurumların qərarı ilə Belarusda 191 qurum təxribatlarda günahlandırılıb və onların fəaliyyəti qadağan edilib.

Oxuməni.az