Nigeriyada  qeyri-qanuni silahlılara qarşı hərbi əməliyyatlar davam edir

Nigeriyada qeyri-qanuni silahlılara qarşı hərbi əməliyyatlar davam edir

28 Mart 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriyada yerli hakimiyyətə qarşı çıxan qeyri-qanuni silahlı qruplaşmalara qarşı əməliyyatlar davam etməkdədir. Ordu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar ölkənin demək olar bütün ərazisini əhatə edir.

Məsələ ilə bağlı açıqlama verən Nigeriya Müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri general-mayor Edvard Bubanın sözlərinə görə, uğurlu əməliyyatlar nəticəsində çoxlu sayda silahlı öldürülüb, təxminən 252 nəfər isə həbs edilib.

Nigeriyanın “Nation” qəzetinin isə öz mənbələrinə istinadən yazdığına görə, ordu tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 212 silahlı məhv edilib, 233 ədəd silah, həmçinin 115 pulemyot qənimət kimi ələ keçirilib.

Oxuməni.az