Yaxın Şərqdə sülh və əmin-amanlığın təmini Fələstinin BMT-yə tamhüquqlu üzv olmasından asılıdır

Yaxın Şərqdə sülh və əmin-amanlığın təmini Fələstinin BMT-yə tamhüquqlu üzv olmasından asılıdır

29 Mart 07:42
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstin və İsrail arasında davam edən münaqişə bölgədə yeni siyasi vəziyyət əmələ gətirib.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən Fələstin prezidenti Mahmud Abbas bölgədə uzunmüddətli sülhün təmin edilməsinin ölkəsinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsindən asılı olduğunu deyib. O, Belçikanın xarici işlər naziri Adjoy Labib ilə görüşdə diqqəti məhz buna yönəldib və bu məsələnin vacibliyini xüsusi vurğulayıb. Mahmud Abbas eyni zamanda Qəzza zolağının Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Fələstin prezidenti bölgədə əmələ gələn ağır humanitar vəziyyət ilə bağlı beynəlxalq səviyyədə yardımların davam etdirilməsinə ehtiyac olduğunu bir daha xatırladıb.

Oxuməni.az