Rəfahın işğalı İsrailə yaxşı heç nə vəd etmir

Rəfahın işğalı İsrailə yaxşı heç nə vəd etmir

29 Mart 08:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Misirlə sərhəddə yerləşən Rəfah şəhərini işğal etməsi onun təhlükəsisliyini təhdid edə bilər. Bununla bağlı Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Annalena Berbokun sözlərinə görə, Rəfah şəhərində quru əməliyyatının keçirilməsi İsrailin özünün varlığını təhlükə altında qoya bilər.

O xatırladıb ki, terrorla mübarizədən qaçan 1 milyondan yuxarı insan Rəfaha sığınıb və orada keçiriləcək əməliyyat dinc insanların kütləvi şəkildə məhvinə səbəb olacaq. Berbok beynəlxalq aləmin də İsrail tərəfindən Rəfahın işğalına qarşı çıxdığını söyləyib. O, İsraili Rəfah əməliyyatından çəkinməyə çağırıb. Berbok bir daha qeyd edib ki, Rəfah əməliyyatı İsrailin beynəlxalq aləmdən daha da təcrid olunmasına və onun özünün təhlükəsizliyinə zərbə demək olacaq.

Oxuməni.az