Ukrayna NATO-ya üzv ölkələrlə birgə təhlükəsizlik barədə anlaşmalar imzalayır

Ukrayna NATO-ya üzv ölkələrlə birgə təhlükəsizlik barədə anlaşmalar imzalayır

29 Mart 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun qapıları arxasında qalan Ukrayna bu quruma yaxın vaxtlarda üzv qəbul edilə bilməyəcəyini anlayaraq vəziyyətdən çıxış yolunu onlarla birgə təhlükəsizlik barədə anlaşma imzalamaqda görür. Bu müstəvidə də Ukrayna bu günə kimi NATO üzvü olan 7 ölkə ilə qarşılıqlı təhlükəsizlik haqqında anlaşma imzalayıb.

Bunu genişləndirməyi nəzərdə tutan Ukrayna Polşa ilə də analoji anlaşma imzalamağa hazırlaşır. Məsələ ilə bağlı Ukraynanın baş naziri Denis Şmıqal "Polsat" telekanalına verdiyi müsahibədə deyib ki, Polşa ilə qarşılıqlı təhlükəsizlik haqqında anlaşma imzalanması hər iki ölkənin milli, hərbi-strateji maraqlarına cavab verir. O, belə bir anlaşmanın imzalanmasının Rusiyanın təcavüzünə qarşı sipər rolunu oynayacağını da xüsusi vurğulayıb.

Onu da deyək ki, NATO-yü üzv ölkələrlə birgə təhlükəsizlik haqqında anlaşma imzalanması onlara Rusiya təcavüzünə qarşı Ukraynanın yardımına gəlməyə və oraya qoşun göndərməyə imkan verəcək.

Oxuməni.az