Argentina prezidentinin Kolumbiya dövlət başçısını təhqir etməsi cavabsız qalmayacaq

Argentina prezidentinin Kolumbiya dövlət başçısını təhqir etməsi cavabsız qalmayacaq

29 Mart 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina ilə Kolumbiya arasında gözlənilmədən qalmaqal yaranıb. Buna səbəb Argentina prezidenti Xavyer Maylinin Kolumbiya dövlət başçısı Qustavo Petronu "terrorçu qatili" adlandırması olub. Buna cavab olaraq Qustavo Petro argentinalı diplomatların ölkədən çıxarılacağını bildirib.

Məsələyə münasibət bildirən Argentinanın xarici işlər naziri Diana Mondino deyib ki, hələlik Kolumbiyadan onlara diplomatlarının "persona non qrata" edilməsi barədə hər hansı sənəd daxil olmayıb.

Diana Mondino eyni zamanda bildirib ki, prezidentlər arasında düşmənçiliyin olmasına baxmayaraq bu, iki ölkə arasındakı ticarət əlaqələrinə təsir etməyib.

Oxuməni.az