Litvanın hava səmasını Niderland "Patriot" ları mühafizə edəcək

Litvanın hava səmasını Niderland "Patriot" ları mühafizə edəcək

29 Mart 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yayında Litvada keçirilməsi nəzərdə tutulan hərbi təlimlərdə yerüstü və hava məkanını mühafizə güclərinin iştirakı gözlənilir. Hərbi təlimlərdə iştirak edəcək Niderland Litvaya "Patriot" hava hücumundan müdafiə sistemlərini göndərəcəyini bəyan edib.

Bu barədə Litva Müdafiə nazirliyi X-də (keçniş tvitter) məlumat yayıb. Məlumatda deyilir ki, Litvaya göndəriləcək "Patriot" hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanının qorunmasında önəmli bir funksiyanı həyata keçirəcək.

Qeyd edək ki, Litva özünün hava hücumlarından müdafiə sistemlərinə malik deyil. Onun hava məkanını rotasiya yolu ilə NATO-ya üzv aparıcı dövlətlər qoruyurlar.

Oxuməni.az