Menorka adası NATO-nun ən böyük hərbi dəniz  limanına çevrilir

Menorka adası NATO-nun ən böyük hərbi dəniz limanına çevrilir

29 Mart 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq aləmdə hərbi-siyasi vəziyyətin get-gedə kəskinləşməsi İspaniyanın NATO-dan daha da asılı olmasına gətirib çıxarıb. Bunu nəzərə alan İspaniya özünün təhlükəsizliyini təmin etmək məqsədi ilə Menorka adasındakı Mahon dəniz limanında NATO-nun hərbi gəmilərinin yerləşdirilməsinə icazə verib.

Bununla bağlı İspaniyanın "El-Pais" nəşrinin yazdığına görə, faktiki olaraq Mahon limanı Aralıq dənizi hövzəsində NATO-nun ən böyük üçüncü logistik dəniz bazasına çevriləcək.

Yeri gəlmişkən onu da deyək ki, NATO-nun digər iki hərbi dəniz limanı Rota (Andalusiya Muxtar İcması) və Kartagenada (Mursiya Muxtar İcması) yerləşir.

Bu bazaların məqsədi Aralıq dənizi bölgəsində gəmilərin sərbəst gediş-gəlişini təmin etməkdir.

Oxumən.az