İsveç Ukraynaya ən müasir qırıcı təyyarələr satmağa hazırlaşır

İsveç Ukraynaya ən müasir qırıcı təyyarələr satmağa hazırlaşır

29 Mart 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda NATO-ya üzv qəbul edilən İsveç Rusiyadan gələn təhlükə ilə əlaqədar Ukraynaya ən yüksək səviyyədə hərbi texniki yardım göstərməkdədir. Hazırda İsveç hökuməti Ukraynaya ən çox ehtiyac duyduğu "JAS Gripen" qırıcılarının verilməsi barədə qarşı tərəflə müzakirələr aparır. Bu barədə mətbuata açıqlama verən İsveç müdafiə naziri Pol Yonson deyib ki, "JAS Gripen" qırıcıları Ukraynanın hərbi hava qüvvələrinin gücünü daha da artıraraq onlara havada üstünlüyü ələ almağa imkan verəcək. Yeri gəlmişkən onu da deyək ki, NATO İsveçi öz sıralarına "JAS Gripen" qırıcılarını Ukraynaya vermək şərti ilə qəbul edib.

Nazir eyni zamanda Qərb ölkələrini Ukraynaya hərbi sursat yardımlarını artırmağa çağırıb.

Oxuməni.az