Prezident Qərbi qarşılıqlı hədə-qorxulardansa müharibəyə hazırlaşmağa çağırıb

Prezident Qərbi qarşılıqlı hədə-qorxulardansa müharibəyə hazırlaşmağa çağırıb

11 Aprel 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada müharibə təhlükəsinin artması Rusiyaya qonşu ölkələrdə həyəcanla qarşılanmaqda davam edir. Məsələ ilə bağlı Finlandiya prezidenti Aleksandr Stubb Qərbi müharibə təhlükəsinə daha ciddi yanaşmağa çağırıb. O, bəzi Qərb ölkələrini Rusiyaya münasibətdə hansısa boş-boşuna sərt bəyanatlar verməkdən çəkinməyə və süni şəkildə gərginlik yaratmaqdan çəkinməyə çağırıb. Stubb Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibəsində bunun əvəzində müharibə təhlükəsini daha ciddi yanaşmağa və buna indidən hazırlaşmağı NATO üzrə müttəfiqlərinə tövsiyə edib.

Stubb həmçinin qeyd edib ki, Qərbin gələcək taleyi Ukraynada həl olunur. O bildirib ki, Ukraynanın məğlub olmasına yol verməmək üçün adı çəkilən ölkəyə ən yüksək səviyyədə hərbi yardım göstərilməlidir.

Oxuməni.az