Polşa sərhədində gərginlik əmələ gəlib

Polşa sərhədində gərginlik əmələ gəlib

11 Aprel 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa sərhədində gözlənilmədən gərginlik əmələ gəlib. Buna səbəb 200 nəfərdən çox miqrantın Polşa sərhədinə hücum edərək adı çəkilən ölkəyə keçməyə cəhd etməsi olub.

Ölkə sərhədini mühafizə xidmətinin verdiyi məlumata görə, miqrantların sərhədləri pozma cəhdlərinin qarşısını almaq üçün onlara qarşı dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə edilib. Miqrantların bəzilərindən üzərinə mismarlar vurulmuş çomaqlar aşkar edilərək götürülüb.

Sərhədi poaza bilməyən miqrantlar gəldikləri yerə- Belarus ərazisinə geri çəkilməyə məcbur olublar.

Oxuməni.az