Finlandiya xarici siyasət sahəsində çevikliyi artırır

Finlandiya xarici siyasət sahəsində çevikliyi artırır

11 Aprel 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-ya üzv qəbul edilən Finlandiya yeni şəraitdə baş verən reallığı və ölkənin maraqlarını ən yüksək səviyyədə təbliğ etmək üçün səfirlərini dəyişdirmək barədə qərar qəbul edib. Bu barədə məlumat verən Finlandiya xarici işlər nazirliyi bildirib ki, məqsəd ölkənin daha çevik siyasətinin həyata keçirilməsini təmin etməkdir.

Bu müstəvidə dəTarja Fernandes Finlandiya üçün önəmli hesab edilən Ukraynaya səfir təyin edilib. Pekində diplomatik müssiyanın rəhbəri vəzifəsini həyata keçirən təcrübəli siyasətçi Liena-Kaisa Mikkola isə bundan sonra ABŞ-da eyni vəzifədə fəaliyyətini davam etdirəcək.

Bundan əlavə Finlandiya Kipr, Litva, Malayziya, Portuqaliyaya da yeni səfirlər təyin edib.

Oxuməni.az