Vyetnam məhkəməsi tərəfindən tarixi qərar qəbul edilib

Vyetnam məhkəməsi tərəfindən tarixi qərar qəbul edilib

11 Aprel 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübarizə çərçivəsində çoxlarını heyrətə salan bir qərar qəbul edilib. Belə ki, Vyetnamda ilk dəfə dövlət səviyyəsində rüşvətxorluqda və korrupsiyada günahlandırılan qadın iş adamı ən sərt cəzaya məhkum olunub. Bununla bağlı "Financial Times"ın yazdığına görə, Hoşimin şəhər məhkəməsi tərəfindən 12 milyard dolları mənimsəməkdə günahlandırılan iş adamı, Van Thinh Phat Group-un direktorlar şurasının sədri Truong My Lan haqqında ölüm hökmü çıxarılıb.

Truong My Lan öz vəzifəsindən sui-istifadə etməkdə rüşvətxorluqda, korrupsiyada nəinki Vyetnam, həm də dünya tarixində ən böyük fırıldaqçı hesab edilir.

Oxuməni.az