Qadınlar hərbi xidmətə çağırılacaqlar

Qadınlar hərbi xidmətə çağırılacaqlar

11 Aprel 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi kadr çatışmazlığı Ukrayna hökumətini qeyri-adekvat addımlar atmağa məcbur etməkdədir.

Belə ki, Ukrayna parlamentinin-Ali Radanın deputatı Maryana Bezuqlaya qadınların hərbi xidmətə çağırılması barədə irəli sürülən təşəbbüsü dəstəkləyib. Təşəbbüsün müəllifi, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının gender məsələləri üzrə müşaviri Oksana Qriqoryevadır. Qriqoryeva “The Times” qəzetinə müsahibəsində bildirib ki, ukraynalı qadınlar orduda xidmət etməlidirlər və bu, dünya təcrübəsində qəbul edilən haldır. O, buna nümunə kimi İsraildə qadınların hərbi xidmətə çağırılmasını göstərmək olar.

Qeyd edək ki, hazırda Ukrayna ordusunda 65 min qadın könüllü şəkildə hərbi borcunu həyata keçirir.

Oxuməni.az