Latviya Ukraynanın hərbi-strateji müttəfiqinə çevrilir

Latviya Ukraynanın hərbi-strateji müttəfiqinə çevrilir

11 Aprel 19:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın təcavüzü qarşısında hərbi sursat baxımından ağır vəziyyətə düşən Ukraynaya münasibətdə Latviya hərtərəfli dəstək verməkdə davam edir. Bu müstəvidə də Latviya ilə Ukrayna arasında ikitərəfli təhlükəsizlik barədə saziş imzalanıb. Anlaşmaya əsasən Latviya hər il Ukraynaya Ümumdaxili məhsulun 25 faizi həcmində hərbi yardım ayıracaq.

Bu barədə mətbuata açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Litvada keçirilən Üç Dəniz Təşəbbüsü (Trimorye) ölkələrinin dövlət başçılarının görüşündə Latviya ilə ikitərəfli təhlükəsizlik barədə anlaşma imzalanıb. Onun sözlərinə bu anlaşmanın imzalanması Latviya tərəfindən Ukraynaya verilən önəmli təhlükəsizlik tədbiri olacaq. Bu çərçivədə də Latviya Ukraynaya ehtiyac duyduğu hərbi sursatları verəcək. Bundan əlavə Latviya Ukraynaya NATO-ya üzv olmaqda dəstək verəcək.

Oxuməni.az