Avropa Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik tədbirlərini gücləndirir

Avropa Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik tədbirlərini gücləndirir

11 Aprel 19:36
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik tədbirlərini gücləndirir və bu müstəvidə də Avropa legionu adlanacaq çevik qüvvələr yaradılacaq.

Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Yunanıstanın “Katimerini” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, Avropa ordusu yaratmaq ideyası quruma üzv ölkələr tərəfindən birmənalı qarşılanmır. Radoslav Sikorski bunu nəzərə alaraq Avropanın müdafiəsi ilə bağlı çevik reaksiya qüvvələrinin formalaşdırılacağını vurğulayıb.

Xatırladaq ki, Aİ-nin diplomatik rəhbəri Josep Borrell ötən ilin noyabr ayında belə bir hərbi qüvvələrin yaradılmasının 2025-ci ilə kimi başa çatdırılmasının nəzərdə tutulduğunu deyib.

Oxuməni.az