Çili ilə Venesuela arasında diplomatik gərginlik yaranıb

Çili ilə Venesuela arasında diplomatik gərginlik yaranıb

11 Aprel 20:01
Bəyəndim (0) Bəyənmədim (0)

Çili ilə Venesuela arasında diplomatik gərginlik yaranıb.

Buna səbəb Venesuela Xarici İşlər Nazirliyinin rəhbərinin Çilini ittiham edən bəyanatlar verməsi olub. Məsələ ilə bağlı Çili dövlət başçısı prezident Qabriel Boriç məsləhətləşmələr üçün öz səfirini Venesueladan geri çağırıb. Bununla əlaqədar Çili xarici işlər nazirliyi tərəfindən verilən bəyanatda deyilir ki, Venesuela Xarici İşlər Nazirliyi rəhbərinin “Araqua Train” cinayətkar qrupu barədə səsləndirdiyi fikirlər bu qurumun qurbanlarının təhqir edilməsi deməkdir.

Hələlik Venesuela xarici işlər nazirliyi qarşı tərəfin ittihamlarına hər hansı reaksiya verməyib.

Oxuməni.az