ABŞ İsraili İranın təcavüzü qarşısında tək qoymayacaq

ABŞ İsraili İranın təcavüzü qarşısında tək qoymayacaq

11 Aprel 21:02
Bəyəndim (0) Bəyənmədim (0)

İranla İsrail arasında gərginliyin gündən-günə artması ABŞ-ı narahat edir. Buna səbəb faktiki olaraq tərəflərin müharibə vəziyyətində olmasıdır və onlar hər an qarşılıqlı şəkildə bir-birlərinə raket zərbələri endirə bilərlər. Məhz bunu nəzərə alaraq Pentaqon İrana xəbərdarlıq edib ki, tərəflər arasında müharibə başlayacağı təqdirdə İsraili tək qoymayacaq və bütün vasitələrlə müttəfiqlərinin köməyinə gələcəklər.

Bu arada "Blomberq" nəşri anonim mənbəyə istinadən yazıb ki, ABŞ kəşfiyyatı İranın İsrailə ilə raket zərbələri endirəcəyi barədə məlumata malikdir. Nəşrin yazdığına görə İranın İsrailə zərbələri istənilən an baş verə bilər.

Oxuməni.az