Çin Tayvana qarşı güc nümayiş etdirir

Çin Tayvana qarşı güc nümayiş etdirir

12 Aprel 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Çinlə Tayvan arasında gərginlik bitmək bilmir. Bunu Çınə məxsus 8 hərbi gəminin və 14 hərbi döyüş təyyarəsinin tayvanın sahil sularına daxil olması da təsdiq edir.

Tayvan müdafiə nazirliyinin iddiasına görə, 14 Çin hərbi döyüş təyyarəsi Tayvan boğazının orta xəttini keçərək adanın cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Açıqlamada göstərildiyi kimi, Tayvan ordusu buna hədəfləri izləmək üçün təyyarə, gəmi və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.

Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) başçılıq etdiyi Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir.

Oxuməni.az