İsrailin hava zərbələri nəticəsində Qəzzada ölənlər və yaralananlar var

İsrailin hava zərbələri nəticəsində Qəzzada ölənlər və yaralananlar var

12 Aprel 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Qəzzaya güclü zərbələr endirib. Nəticədə Qəzzada 63 fələstinli həlak olub, 45 nəfər isə yaralanıb.Bu barədə Fələstinin WAFA agentliyinin yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki,.İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsi ərazisində intensiv hava hücumları və bombardmanlar həyata keçirib. Bundan başqa, Fələstin anklavının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsi pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

WAFA-nın məlumatına görə, 2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatın qurbanlarının sayı artıq 33 545 nəfərə çatıb. Eyni dövrdə 76 mindən çox insan yaralanıb. İsrail hərbçiləri təcili yardım maşınları və mülki müdafiə qruplarının döyüş bölgələrinə daxil olmasına mane olmağa davam etdiyindən, minlərlə mülki vətəndaş dağıntılar altında qalıb.

Oxuməni.az