Putinin Türkiyəyə səfəri ətrafında müəmmalar davam edir

Putinin Türkiyəyə səfəri ətrafında müəmmalar davam edir

12 Aprel 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin sonuna qədər Türkiyəyə bir sıra yüksək səviyyəli səfərlər mümkündür. Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzetinin yazdığına görə, bura Rusiya prezidenti Vladimir Putinin səfəri də daxildir.

Yerli mediada Rusiya liderinin Türkiyəyə səfərinin mümkünlüyü barədə əvvəllər dəfələrlə məlumat yayılsa da, rəsmi Ankara bu məlumatı hələlik təsdiqləməyib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra Putinin təklif etdiyi səfərdən də danışıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 8-də bildirib ki, Putin və Ərdoğan arasında təmaslar hazırlanır və yaxın gələcəkdə mümkündür, lakin dəqiq tarixlər hələ müəyyən edilməyib.

“Yeni Şafak”ın xəbərinə görə, Rusiya Federasiyası və Türkiyə prezidentləri arasında danışıqların gündəmindəki məsələlərdən biri 2022-ci ilin iyulunda işə salınan “taxıl dəhlizinin işinin bərpası istiqamətində addımlar” ola bilər. 2023-cü ilin iyul ayında Rusiya Qara Dəniz Taxıl Təşəbbüsündə iştirakını dayandırdı, çünki onun kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına maneəsiz çıxışı ilə bağlı şərtlər yerinə yetirilmədi. Türkiyə prezidenti bundan əvvəl Qara dəniz sazişinin yenilənməsi və Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün sazişin bağlanması zərurətindən danışıb.

Oxuməni.az