İsrail  "Hizbullah"ın mövqelərini darmadağın edib

İsrail "Hizbullah"ın mövqelərini darmadağın edib

14 Aprel 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Livanın cənubundan İsrailə 55-dən çox raket atılıb. Bu barədə şənbə CNN İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, şiə "Hizbullah" hərəkatının hücumunun hədəfi İsrail artilleriya mövqeləri olub.

Buna cavab olaraq İsrail qırıcıları Livanın cənubunda şiə "Hizbullah" hərəkatının bir sıra hərbi obyektlərinə zərbələr endirib və hədəfləri darmadağln edib.. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri (IDF - TASS qeydi) Livanın cənubundakı Cbaa şəhəri ərazisində Radvan [təxribat bölməsi] qüvvələrinin bir sıra hərbi hədəflərinə hücum etdi və onları yer üzündən sildi",- bəyanatda deyilir.

Oxuməni.az