İsrail İrandan özünü müdafiə etmək üçün orduya əlavə maliyyə vəsaiti ayırmalı olacaq

İsrail İrandan özünü müdafiə etmək üçün orduya əlavə maliyyə vəsaiti ayırmalı olacaq

15 Aprel 07:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail İrandan özünü müdafiə etmək üçün orduya əlavə maliyyə vəsaiti ayırmalı olacaq.

İranın İsrailə endirdiyi son zərbələr göstərdi ki, hər hansı bir müdafiə sistemi tam şəkildə ölkənin təhlükəsizliyini təmin etməyə qadir deyil və bu, müdafiə xərclərinə əlavə olaraq on milyardlarla dollar ayrılmasını tələb edir.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən ABŞ-ın tanınmış kəşfiyyatçısı BMT-nin müfəttişi Skot Ritter “Al Mayadeen” telekanalına müsahibəsində deyib ki, dron və raket zərbələrinin dəf edilməsi üçün külli miqdarda əlavə maliyyə vəsaiti lazımdır.

Onun sözlərinə görə, əgər İranın aramsız zərbələri bir həftə davam etsəydi, onda İsrail özünün bütün hava hücumundan müdafiə sistemlərini işlətmiş olacaqdı.

Qeyd edək ki, İranın son hücumlarını qismən dəf etmək İsrailə 1,3 milyard dollara başa gəlib.

Oxuməni.az