Ermənistan qeyri-qanuni miqrantlardan Azərbaycana qarşı istifadə edə bilər

Ermənistan qeyri-qanuni miqrantlardan Azərbaycana qarşı istifadə edə bilər

15 Aprel 07:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan qeyri-qanuni miqrantlardan Azərbaycana qarşı istifadə edə bilər.

Ermənistan qeyri-qanuni miqrantların qəbulu ilə bağlı Böyük Britaniya ilə danışıqlar aparır. Bu barədə “The Times” qəzetinin yaydığı məlumatda deyilir. Qəzet əldə etdiyi gizli sənədlərə əsasən yazır ki, qeyri-qanuni miqrantların Emənistan tərəfindən qəbul edilməsi ilə bağlı məsələ ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Doçertinin Yerevana səfəri zamanı əsas müzakirə hədəfi olub. Hələlik Ermənistanın nə qədər qeyri-qanuni miqrantı qəbul etməyə hazır olduğu məlum deyil.

Bununla bağlı əksər siyasi ekspertlərin fikrincə, Ermənistanın Böyük Britaniyadan olan qeyri-qanuni miqrantları qəbul etməkdən məqsədinin onlardan müxtəlif işlərdə qul əməyi kimi istifadə etmək, həmçinin müharibə başlayanda Azərbaycana qarşı "top yemi" kimi cəbhəyə göndərmək ola bilər.

Xatırladaq ki, Böyük Britaniya Ermənistanla yanaşı digər olkələrlə də analoji danışıqlar aparır. Onu da deyək ki, qeyri-qanuni miqrantların saxlanılmasına hər il Böyük Britaniya 4 milyard funt-sterlinq (5 milyard dollar) xərcləyir.

Oxuməni.az