Böyük Britaniya Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyindən narahatdır

Böyük Britaniya Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyindən narahatdır

15 Aprel 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya Yaxın Şərqdə vəziyyətin daha da gərginləşə biləcəyindən narahatdır.

İranın İsrailə endirdiyi zərbələrə qarşı tərəfin də analoji cavab verəcəyi ehtimalı Böyük Britaniyanı ciddi şəkildə narahat etməyə başlayıb. Bununla bağlı Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron öz müttəfiqinə müraciət edərək İranla münasibətləri daha da gərginləşdirməməyə çağırıb. O, İsrailin özünümüdafiə hüququnun olduğunu, lakin reallığın da nəzərə alınmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, İsrail İrana cavab zərbələri endirəcəyini bəyan edib.

Oxuməni.az