Su daşqınları Qazaxıstanda həyatı iflic edib

Su daşqınları Qazaxıstanda həyatı iflic edib

15 Aprel 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Su daşqınlarının özü ilə gətirdiyi fəlakət Qazaxıstanın əksər bölgələrində ağır vəziyyətin əmələ gəlməsinə səbəb olub. Daşqınlar nəticəsində 10 minlərlə ev su altında qalıb, təsərrüfatlara böyük zərər dəyib. Daşqınlar bölgəsindən insanların təxliyəsi isə olduqca çətin şəraitdə həyata keçirilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bu günə kimi 111 mindən çox insan daşqınlar bölgəsindən təxliyə edilib. Onların müvəqqəti yerləşdirilməsi üçün lazım olan çadır və digər vəsaitlər çatışmır.

Qeyd edək ki, son məlumatlara görə, daşqınlar bölgələrində 5411 fərdi yaşayış binasını, 1607 həyətyanı sahəni və 2035 bağ evini su basıb. Bundan əlavə su daşqınları nəticəsində 82 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi tam şəkildə kəsilib.

Oxuməni.az