Yunanıstanla Türkiyə arasında müharibə ehtimalı azdır

Yunanıstanla Türkiyə arasında müharibə ehtimalı azdır

15 Aprel 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanla Türkiyə arasında müharibə ehtimalı azdır.

Yunanıstanla Türkiyə arasında qarşıdurma və bölgədə onlar arasında müharibə başlaması inandırıcı görünmür, bu, ağlasığmaz olardı.

Bununla bağlı Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib ki, iki ölkə arasında müharibənin başlaması ehtimalı sıfıra bərabərdir.

O həmçinin qeyd edib ki, iki ölkə arasında hazırda münasibətlər olduqca yaxşıdır və tərəflər arasında qarşılıqlı anlaşma mövcuddur.

Oxuməni.az