Sinqapurda hakimiyyət dəyişikliyi baş verəcək

Sinqapurda hakimiyyət dəyişikliyi baş verəcək

15 Aprel 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

May ayında Sinqapurda hakimiyyət dəyişikliyinin baş verəvəyi gözlənilir. Bu barədə məlumat verən Sinqapurun baş naziri Li Hsien Loong sosial şəbəkədə yazıb ki, may ayının 15-də tutduğu vəzifəsindən istefa verəcək. Li Hsien Loongun sözlərinə görə, onun vəzifəsini müavini Lourens Vonq icra edəcək və baş nazir vəzifəsində and içəcək.

Li Hsien Loong xalqdan Sinqapurun xoş gələcəyi naminə yeni baş nazirə dəstək verməsini xahiş edib.

Qeyd edək ki, Li Hsien Loong son 20 ildə Sinqapuru idarə edib və xalq arasında böyük hörmət və rəğbət qazanıb.

Oxuməni.az