Rusiyada su daşqınları fəlakəti davam edir

Rusiyada su daşqınları fəlakəti davam edir

16 Aprel 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada davam edən su daşqınları Orenburq vilayətində hər gün onlarla evin su altında qalmasına səbəb olur.

Orenburq vilayəti rəhbərliyinin verdiyi məlumata görə, təkcə dünən 1100 ev tamailə su altında qalıb. Su basmış bəzi yaşayış məntəqələrində suyun səviyyəsi 3 metrə çatıb. Buna paralel olaraq su daşqınlarına məruz qalan yaşayış məntəqələrindən 16547 nəfər xilas edilərək təhlükəsiz yerlərə aparılıb. Onların arasında 4648 uşaq da var. Bir şox ərazilərlə nəqliyyat əlaqəsi kəsilib və həmin ərazilərdə qalan insanların təxliyəsi problemə dönüb. Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda bölgədə xilasetmə işləri davam etdirilir.

Oxuməni.az