Türkiyə ilə Qətər arasında Fələstin məsələsi müzakirə ediləcək

Türkiyə ilə Qətər arasında Fələstin məsələsi müzakirə ediləcək

16 Aprel 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Xarici işlər naziri Hakan Fidan aprelin 17-də Qətərin paytaxtı Dohaya səfər edəcək. Bu barədə Türkiyə Xarici işlər nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, Fidanın Dohaya səfəri çərçivəsində baş nazir və xarici işlər naziri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşərək hər iki ölkə üçün mühüm olan bəzi məsələləri, o cümlədən Fələstin problemini müzakirə edəcəyi gözlənilir.

Türkiyənin "Hürriyyət" qəzetinin yaydığı məlumata görə, Fidanın Dohada radikal HƏMAS hərəkatının rəhbərliyi ilə də danışıqlar aparacağı nəzərdə tutulub.

Oxuməni.az