Planetin ən təmiz havası

Planetin ən təmiz havası

16 Aprel 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Tədqiqatçılar apardıqları araşdırmalardan sonra qeyd ediblər ki, yağış və buludlar Cənub Okeanı üzərindəki havanı planetin ən təmiz havasına çevirməkdə əsas rol oynayır.

Tədqiqatçılar bu işi daha dəqiq müşahidə etmək və okean üzərində müxtəlif bulud modellərini müəyyənləşdirmək üçün yeni nəsil peyklərin məlumatlarından istifadə edərək kompüter proqramı hazırlayıblar. İlk olaraq iqlimin bərpasında mühüm rol oynaya bilən pətək formalı bulud nümunələrinə baxıblar. Bu buludlardakı pətək hüceyrələri, tutduqları ərazinin yağıntı miqdarına görə “açıq” və ya “qapalı” olurlar.

Alimlər müəyyən ediblər ki, havanın ən təmiz olduğu günlər təmiz pətək buludları ilə əlaqələndirilir. Güman edilir ki, bu buludlar güclü leysan əmələ gətirərək havadakı kir hissəciklərini yuya bilir.

Məlum olub ki, açıq buludlar tüklü ağ qapalı buludlardan daha çox nəm saxlayır və daha çox yağış verir.

Sonda elm adamları belə qənaətə gəliblər ki, pətəkləri açıq olan buludlar qapalı buludlardan altı dəfə daha çox yağış yağdırır…

Oxuməni.az