Çin  Qlobal Sülh Sammitinin  Rusiyanın iştirakı ilə keçirilməsini istəyir

Çin Qlobal Sülh Sammitinin Rusiyanın iştirakı ilə keçirilməsini istəyir

16 Aprel 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrədə keçirilməsi nəzərdə tutulan Qlobal Sülh Sammiti ərəfəsində Çin Rusiyanın orada iştirak etməsinin vacibliyini bəyan edib. Bununla bağlı Pekində səfərdə olan Almaniya kanslerı Şoltsla görüşündə Çinin dövlət başçısı Si Sinpin deyib ki, Rusiyasız bu sammitin hər hansı faydası olmayacaq. Ona görə də Si Sinpin Rusiyanın sammitdə iştirakına tərəfdar olduğunu xüsusi vurğulayıb.

Xatırladaq ki, Beynəlxalq Qlobal Sülh Sammiti iyun ayının 15-də İsveçrədə keçiriləcək. İki gün davam edəcək sülh sammitində dünyanın 100-dən artıq dövlət başçısının iştirak edəcəyi gözlənilir. Sammitə Rusiya dəvət edilməyib.

Oxuməni.az