Zelenski etiraf etdi: Rusiya bizdən daha güclüdür

Zelenski etiraf etdi: Rusiya bizdən daha güclüdür

16 Aprel 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın davam edən hücumları qarşısında ərazilərini itirməkdə davam edən Ukrayna vəziyyətdən çıxış yolu axtarmaqda davam edir. Məsələyə münasibət bildirən Ukrayna prezidenti Vladimir Zelenski məğlubiyyətin səbəbini xaricdən hər hansı dəstək ala bilməmələri ilə izah edib. O RBS telekanalına verdiyi müsahibəsində deyib ki, xaricdən hərbi dəstək ala bilməyəcəkləri halda cəbhədə uğur qazanmaq çətin olacaq.

Zelenski xatırladıb ki, Rusiyaya ən ağır vəziyyətdə müttəfiqləri kömək etdilər və bu müharibənin gedişatının onların xeyrinə dəyişməsinə səbəb oldu.

Ukrayna dövlət başçısı təəssüf və kədərlə bildirib ki, Qərbdəki müttəfiqlərimiz bizə ancaq sözdə dəstək verirlər və əməli fəaliyyətdə isə vəd verdikləri silahları onlardan ala bilmirik.

O etiraf edib ki, Rusiya həm silah, həm də canlı qüvvə baxımından Ukraynadan xeyli üstündür.

Oxuməni.az