İtaliya Fələstindəki sülhməramlı missiyada iştirak edəcəyini bildirib

İtaliya Fələstindəki sülhməramlı missiyada iştirak edəcəyini bildirib

16 Aprel 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstində davam edən gərginlik bir-sıra dövlətləri bu prosesə öz töhfələrini verməyə hazır olduqlarını bildirməsinə səbəb olub. Məsələ ilə bağlı İtaliya bölgədəki proseslərdə fəal iştirak etməyə hazır olduğunu bəyan edib. Belə ki, İtaliyanın Xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani deyib ki, Fələstin dövləti BMT-yə tamhüquqlu üzv olacağı təqdirdə oraya sülhməramlı missiya göndərəcək. Tajani həmçinin Fələstində münaqişənin tezliklə başa çatdırılmasının vacibliyini qeyd edib. O ölkəsinin bölgədə sülh və əmin-amanlıq tərəfdarı olduğunu vurğulayıb.

Oxuməni.az