Avtobus qəzası nəticəsində turistlər arasında yaralananlar var

Avtobus qəzası nəticəsində turistlər arasında yaralananlar var

16 Aprel 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı turistləri daşıyan avtobus qondarma Abxaziya respublikasında minik avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan turistlərdən 3 nəfəri və sürücü yaralanıblar. Bu barədə məlumat Apsnypress agentliyi tərəfindən yayılıb. Qəza barədə agentliyə məlumat verən Dövlət Yol Müfəttişliyinin rəis müavini Astamur Taniyanın sözlərinə görə, hadisə Suxumi rayonunun Açadara kəndində baş verib. O bildirib ki, qəzaya səbəb “BMW” markalı avtomobili olub. Belə ki minik avtomobilinin sürücüsü qəfildən qarşı zolağa çıxaraq avtobusa çırpılıb. Hadisə nəticəsində yaralananlara tibbi yardım göstərilib.

Oxuməni.az