Birja binası alovlara qərq oldu

Birja binası alovlara qərq oldu

16 Aprel 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Kopenhagendə 17-ci əsrə aid tarixi birja binası bu gün səhər saatlarında naməlum səbəbdən alovlara qərq olub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər göndərilsə də alovla mübarizə olduqca çətin olub.

Binanın hansı səbəbdan yandığı hələlik məlum deyil. Yanğın zamanı alovla əhatə olunan binanın rəmzi qülləsi tamamilə məhv olub. İçəridə olan insanlar yanğından xilas olmağa çalışarkən, bəzi tarixi rəsmləri çıxara biliblər. Danimarka mətbuatı yanğın səbəbindən binanın yaxınlığındakı meydanın tam boşaldıldığını qeyd edib...

Oxuməni.az