İsrailin Qəzza zolağında hərbi əməliyyatları davam edir

İsrailin Qəzza zolağında hərbi əməliyyatları davam edir

17 Aprel 07:18
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzza zolağında hərbi əməliyyatları davam edir.

İsrail hərbi hava qüvvələri bu gecə HƏMAS terorçu qruplaşmalarının olduğu ehtimal edilən Qəzza zolağındakı Əl-Maqazi düşərgəsinə zərbələr endiriblər. Bu barədə məlumat verən WAFA agentliyinin yazdığına görə, zərbələr nəticəsində dördmərtəbəli bir bina tamamilə dağılıb, yaxındakı digər binalar da zərər görüblər. Hava zərbələri nəticəsində ilkin məlumata görə 11 nəfər ölüb, bundan əlavə çoxlu sayda yaralılar var.

İsrail hərbi hava qüvvələri həmçinin Qəzzanın şimalındakı Beyt Hanun şəhərinə də zərbələr endiriblər. Nəticədə bir neçə bina dağılıb.

Qəzza zolağında yerləşən Nuseyrat qaçqın düşərgəsi də İsrailin hava hücumlarına məruz qalıb.

Oxuməni.az