ABŞ  İranı cəzalandırmağa hazırlaşır

ABŞ İranı cəzalandırmağa hazırlaşır

17 Aprel 08:17
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailə hava zərbələri endirən İran növbəti dəfə ABŞ-ın qəzəbinə səbəb olub. Bunu ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşması da təsdiq etməkdədir. Belə ki, məsələ ilə bağlı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın verdiyi yazılı bəyanata görə, Vaşinqton İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Sanksiyaların əsas hədəfinin pilotsuz uçan aparatların istehsalı və onlarla əməkdaşlıq edən şirkətlərin, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) olacağı gözlənilir.

Bəyanatda qeyd edilir ki, ABŞ İrandan gələn təhlükələrin qarşısını almaq üçün bütün imkanlardan istifadə etmək niyyətindədir.

Oxuməni.az