Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları 5 milyard rubl rüşvət almaqda ittiham olunurlar

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları 5 milyard rubl rüşvət almaqda ittiham olunurlar

17 Aprel 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Georgi Satyukov və onun keçmiş həmkarı Dmitri Sokolov 5 milyard rubl rüşvət aldıqları üçün cinayət işi üzrə təqsirli şəxs kimi elan olunublar. Bu barədə məlumatı xarici mətbuat yayıb.

Məlumata görə, cinayət ortaqları «WES» kriptovalyuta birjasının (keçmiş BTC) inzibatçısı Aleksey İvanova hesab ödəməyi tapşırıblar. Onlar təxminən 5 milyard rubl dəyərində ümumi kriptovalyutaya əl qoyublar. Bu isə Rusiya Daxili İşlər Nazirliyinin tarixində ən böyük rüşvət qalmaqalı kimi gündəm olub.

Qeyd olunur ki, Satyukov və onun həmkarı həmin pullarla bir neçə iri daşınmaz əmlaka sahib olublar. İlkin məlumatlara görə, söhbət Dubayın ən hündür binasındakı - Burj Xəlifə qülləsindəki mənzillərdən gedir…

Oxuməni.az