Birgə hərbi təlimlər Çində əsəblərin coşmasına səbəb  olub

Birgə hərbi təlimlər Çində əsəblərin coşmasına səbəb olub

17 Aprel 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və onun müttəfiqi Filippin növbətı hərbi dəniz təlimləri keçirməyə hazırlaşır.

Hərbi dəniz təlimləri üç həftə davam edəcək. Təlimlərdə hər iki tərəfdən 16 mindən çox əsgərin iştirak etməsi nəzərdə tutulub. Hərbi dəniz təlimlərində dəniz və hava hücumlarının qarşısının alınması və qarşı tərəfə cavab zərbələrinin endirilməsi sınaqdan çıxarılacaq.

Çinin iddia etdiyi ərazi sularında hərbi dəniz təlimlərinin keçirilməsinin planlaşdırılması öz növbəsində Pekində əsəbiliklə qarşılanıb.

Bu barədə məlumat verən "Washington Pos" (WP) öz mənbələrinə istinadən yazır ki, ABŞ və Filippinin keçirməyə hazırlaşdıqları hərbi dəniz təlimləri birbaşa Çinə meydan oxumaq anlamına gəlir.

Çin ABŞ və Filippinin özünün sahil sularında keçiriləcək təlimlərə sərt şəkildə cavab verəcəyi barədə adı çəkilən hər iki ölkəyə sərt şəkildə xəbərdarlıq edib.

Oxuməni.az