Ekvadorla Venesuela arasında diplomatik əlaqələr kəsilir

Ekvadorla Venesuela arasında diplomatik əlaqələr kəsilir

17 Aprel 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ekvadorun Kitodakı Meksika səfirliyinə basqın edərək orada sığınacaq tapan keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etməsindən sonra bölgədə siyasi gərginlik əmələ gəlib. Belə ki, əksər ölkələr Ekvatorun bu hərəkətini səfirliklərə qarşı beynəlxalq hüququn pozulması hesab edərək adı çəkilən ölkəyə qarşı müxtəlif təzyiq vasitələrini işə salıblar.

Bu gün isə Venesuela Meksika ilə həmrəylik nümayiş etdirərək öz diplomatlarını Ekvadordan geri çağırdığını bəyan edib. Bununla bağlı Venesuela prezidenti Nikolas Maduro deyib ki, Ekvadorun son hərəkətləri bu ölkədəki səfirliklər üçün ciddi təhdidir və ona görə çıxış yolunu diplomatlarını geri çağırmaqda görür.

Ekvador da buna cavab olaraq diplomatlarını Venesueladan geri çağırmaq niyyətində olduğunu bəyan edib.

Oxuməni.az