Özbəkistanla Tacikistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf etdiriləcək

Özbəkistanla Tacikistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf etdiriləcək

17 Aprel 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanla Tacikistan arasında münasibətlər ən yüksək səviyyədə inkişaf etdiriləcək.

Sabah Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Tacikistana rəsmi səfərə gedəcəyi gözlənilir. Bununla bağlı dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Şavkat Mirziyoyev səfər çərçivəsində prezident Emomali Rəhman və digər rəsmi şəxslərlə görüşərək ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edəcək. Bundan əlavə səfər çərçivəsində iki ölkə üçün mühüm olan anlaşmaların imzalanması gözlənilir.

Ekspertlərin fikrincə, iqtisadi cəhətdən Özbəkistandan qat-qat zəif olan Tacikistan üçün bu səfər böyük əhəmiyyət daşıyır. Tacikistan tərəfi özbək iş adamlarının ölkəyə sərmayə yatırmasına ümid edir.

Oxuməni.az