Sakinlərə zərurət yaranmadıqca evlərini tərk etməmək tapşırılıb

Sakinlərə zərurət yaranmadıqca evlərini tərk etməmək tapşırılıb

17 Aprel 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliklərinə son 75 ilin ən çox yağıntısı düşüb. Yağıntını Əl-Ayn şəhərindəki baza hava stansiyası qeydə alıb. Bu barədə stansiyadan sinoptiklər məlumat paylaşıb. Yağış getdikcə qasırğalı küləklə müşayiət olunmağa başlayıb. Rəsmilər sakinlərə çox zərurət olmadıqca evlərini tərk etməməyi tapşırıblar.

Dövlət qurumları, məktəblər və universitetlər uzaqdan onlayn rejimdə işləməyə keçib.

Bir çox küçələri, körpüləri, tunelləri, yeraltı dayanacaqları, ticarət mərkəzlərini, metroları su basıb. İctimai nəqliyyat dayandırılıb. Xarici mətbuat xəbər verir ki, kommunal xidmətlərə nəzarət edən qurumlar suyu çəkməyə çalışır, lakin yağışın aramsız yağması səbəbindən bu mümkünsüz olur…

Oxuməni.az