İran İsrailin gözlənilən hücumuna hücumla cavab verməyə hazırlaşır

İran İsrailin gözlənilən hücumuna hücumla cavab verməyə hazırlaşır

17 Aprel 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstini qan çanağına döndərərək İsraili Qəzzaya hücuma təhrik edən və orada günahsız insanların qanlarının tökülməsinin günahkarı olan İran İsraili hədələməkdə davam edir.

İsrailə endirdiyi raket zərbələrinə cavab olaraq qarşı tərəfin analoji cavab verəcəyindən narahat olan İran Hərbi Hava Qüvvələrinin baş komandanı, general-mayor Həmid Vəhidi deyib ki, hər hansı hücuma "Su-24"dən istifadə etməklə cavab verəcəyik.

Xatırladaq ki, "Ynet" portalı İsraildə İrana cavab zərbələri endirilməsi barədə qərar qəbul edildiyini yazıb. Nəşr bildirib ki, hazırda hücumun vaxtı və yeri barədə müzakirələr davam edir.

Oxuməni.az